Gi Group - 2015-cı ildə biznes və menecment sahəsində korporativ müəssisələrin və fərdi şəxslərin tələblərinə uyğun peşəkar və innovativ təlim və konsultasiya xidməti göstərmək məqsədi ilə təsis edilmişdir. Tam əminliklə deyə bilərik ki bu günə qədər şirkətimiz, yüzlərlə fərdi şəxsə və şirkət əməkdaşına müxtəlif mövzular üzrə bilik və bacarıqlarının artımasında müstəsna rol oynamışdır.
Hazırda Gi Group – Gi Academy, Gi Execution, Gi Data Solution, və Gi Technology markaları altında data elmi, menecment, rəqamsal və texnologiya istiqamətləri üzrə müxtəlif həllər və təlim proqramları təklif edir.
Təlim proqramları çərçivəsində gənclər Gi Akademiyada data analitikası, machine learning və rəqamsal texnologiya sahəsi üzrə beynəlxalq standartlara və gələcəyin texnoloji dünyasına məxsus yeni peşə bacarıqlarına yiyələnə bilirlər.
Biz menecment və texnologiya imkanlarını artırmaq istəyən sahibkarlıq subyektlərinə innovativ və analitik yanaşmaların köməyi ilə effektiv qərarlar və fərqli çevik həllər tapmağa dəstək olur.
Şirkətimiz müxtəlif sektorlardan olan dövlət qurumları və özəl şirkətlər üçün əsasən Liderlik, Layihə Menecmenti, Agile Metodologiyası, Business Intelligence (BI), Machine Learning (ML) və Rəqamsal Texnologiya mövzuları üzrə yenilikçi biznes həlləri yaradan
xidmətlərə yönəlib.
